
Polşa və 3 Baltikyanı ölkə Ukraynaya dəstəyi davam etdirəcək
Polşa, Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri ölkələr arasında əməkdaşlığı artırmaq və Ukraynanı dəstəkləməyə davam etmək barədə razılığa gəliblər.
Busaat.az xəbər verir ki, Riqada bir araya gələn 4 ölkənin nazirləri görüşdən sonra birgə bəyanat yayıblar.
Bəyanatda ölkələr arasında əməkdaşlıq, Ukraynaya dəstəyin davam etdirilməsi və “kollektiv çəkindirmənin gücləndirilməsi” ön plana çıxıb.
Həmçinin, bəyanatda NATO çərçivəsində əməkdaşlığın “təhlükəsizliyin təməl daşı” olduğu vurğulanıb.
“Biz Ukraynaya siyasi, hərbi, maliyyə və humanitar yardımın davam etdirilməsinin yüksək əhəmiyyətini bir daha bəyan edirik”, – bəyanatda deyilir.
Busaat.az























