
Polşa və Litvadan Rusiyaya REAKSİYA
Polşa və Litva Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına reaksiya verib.
Busaat.az xəbər verir ki, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını “zəiflik” kimi qiymətləndirib.
Landsbergis “Twitter” hesabından verdiyi açıqlamada Rusiyanın qərarını tənqid edib.
O, Rusiyaya sərt cavab verilməsinin vacibliyini vurğulayıb: “Rusiya bu qərarla gücünü deyil, zəifliyini göstərir. Ciddi sanksiyalar, Baltikyanı bölgəyə qoşun yeritməsi və NATO-nun şərq cinahının gücləndirilməsi həmrəylik və qətiyyət göstərəcək”.
Polşa Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə deyilir: “Putinin qərarı Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı gərginliyi daha da artırır. Bu, Belarusu müharibəyə cəlb etmək üçün bir addımdır”.
Qeyd edək ki, martın 25-də Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edib: “Biz bunu nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik”.
NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın bu qərarını “məsuliyyətsiz” hesab etdiklərini bəyan ediblər. Ukrayna Xarici İşlər Nazirliyi də BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini xahiş edib.
Busaat.az























