
Polşanın baş naziri Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib
Polşanın baş naziri Mateuş Moravetski sabiq prezident Mixail Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib.
Busaat.az xəbər verir ki, o, bu barədə öz Twitter səhifəsində yazıb.
“Biz dostlarımızı çətin vəziyyətdə qoymuruq. Mənim xahişimlə Gürcüstanda tibbi-humanitar yardım qrupunun bir qrup həkimi Mixail Saakaşvilinin hərtərəfli tibbi müayinəsinə başlayıb”, – Moravetski bildirib.
Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi başlanıb, onlardan ikisi siyasətçi qiyabi olaraq üç və altı il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin həbs olunub.
Busaat.az























