
Polşaya daxil olan ukraynalı qaçqınların sayı 9 milyonu ötüb
Yanvarın 10-na qədər olan statistikaya görə, Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 9 milyonu ötüb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Polşa Sərhəd Mühafizəsi Twitter hesabında paylaşıb.
Paylaşımda Ukrayna-Rusiya müharibəsi başlayandan bəri intensiv miqrasiyanın olduğu xatırladılıb.
Yalnız dünən Ukraynadan ölkəyə 29 min 900 nəfərin daxil olduğu bildirilən yazıda, “Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 9 milyon 74 minə çatıb” – deyə, qeyd edilib.
Paylaşılan məlumatlara görə, Polşanı tərk edən ukraynalıların ümumi sayı 7 milyon 250 min nəfər olub.
Busaat.az























