Premyer Liqamızda mövsümün antirekordu

image-164006_nrzxjkh8y5backend

Azərbaycan Premyer Liqasının 26-cı turunda cəmi 5 qol vurulub. 

Busaat.az PFL-in saytına istinadən xəbər verir ki, 4 oyunun keçirildiyi turda məhsuldarlıq 1,25-ə bərabər olub. Bu, mövsümün antirekordudur.

“Səbail” – “Sabah” (0:2) və “Sumqayıt” – “Şamaxı” (2:0) görüşlərinin hərəsində iki, “Qəbələ” – “Neftçi” (1:0) qarşılaşmasında bir qol vurulub. “Qarabağ” – “Zirə” matçında isə hesab açılmayıb.

Bunadək mövsümün antirekordu XVII turda qeydə alınmışdı. Həmin vaxt 4 matçda cəmi 6 qol vurulub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90