Rusiya prezidenti Vladimir Putin “Çoxuşaqlı ailələrə sosial dəstək tədbirləri haqqında” fərman imzalayıb.
Busaat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin ailələrin statusunu müəyyən edən sənəd hüquqi informasiya portalında dərc olunub.
“Dövlətin və cəmiyyətin inkişafında ailənin mühüm rolunu nəzərə alaraq, qərara alıram ki, Rusiyada çoxuşaqlı ailə statusu qeyri-müəyyən müddətə müəyyən edilmiş üç və ya daha çox uşağı olan ailədir”, – fərmanda deyilir.
Sənədə əsasən, çoxuşaqlı ailələrə böyük uşaq təhsil müəssisəsində əyani təhsil almaq şərti ilə 18 və ya 23 yaşına çatanadək sosial dəstək təmin ediləcək.
Dövlət başçısı hökumətə çoxuşaqlı ailənin statusunu təsdiq edən vahid nümunəli arayışın hazırlanmasını və belə ailələr haqqında məlumat bankının yaradılmasını da tapşırıb. Sonuncu addım isə onlar haqqında məlumatların, o cümlədən onlara göstərilən sosial dəstək tədbirlərinin qeydə alınması, həmçinin çoxuşaqlı ailələrin sosial-iqtisadi vəziyyətinin monitorinqi və regionlarda onlara köməklik göstərilməsilə bağlıdır.
Fərmana görə, regionların subyektin xüsusiyyətlər nəzərə alınmaqla çoxuşaqlı ailə kateqoriyasını genişləndirmək və əlavə dəstək tədbirləri müəyyən etmək hüququ var.Modern.az