
Prezident olsaydım, münaqişəni 24 saat ərzində həll edəcəkdim - Tramp
ABŞ-nin sabiq prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün Vladimir Putin və Volodimir Zelenski ilə görüşəcəyini bildirib.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
“Mən qalib gəlmək və məğlub olmaq baxımından düşünmürəm. Mən məsələni həll etmək baxımından düşünürəm ki, biz bütün bu insanları öldürməyi dayandıraq”, – Tramp deyib.
Tramp bildirib ki, prezident olsaydı, münaqişəni 24 saat ərzində həll edəcəkdi.
Tramp əlavə edib ki, o, Putini çox ağıllı hesab edir. Lakin keçmiş prezidentin fikrincə, Putin xüsusi hərbi əməliyyata başlamaqla səhv edib.
Busaat.az























