Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.51 $▲0.84%
  • WTI neft84.89 $▼0.14%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.171 $▲2.72%
  • Qızıl3 797 $▼2.08%
  • Gümüş45.99 $▼3.16%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 405 $▼0.72%
  • Ethereum1 804 $▼1.05%
  • S&P 5007 341▼1.07%
9°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Siyasət

Prezident Oqtay Mirqasımovu “İstiqlal” ordeni ilə təltif etdi- FOTOLAR

image-prezident-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib.

Busaat.az xəbər verir ki, Xalq artistini təbrik edən Prezident İlham Əliyev deyib:

– Hörmətli Oqtay müəllim, bu gün sizin yubileyinizdir. Bu yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Siz uzun illərdir kino sənətinin inkişafında çox fəal işləyirsiniz. Son illər ərzində Azərbaycanda gördüyünüz işlər hamımızı çox sevindirir. Siz həm görkəmli rejissor kimi, həm pedaqoq kimi böyük şöhrət qazanmısınız. Azərbaycan kinosunun inkişafında sizin çox böyük rolunuz vardır.

Oqtay Mirqasımov: Minnətdaram.

Prezident İlham Əliyev: Eyni zamanda, ictimai həyatda da fəalsınız, həmişə öz vətəndaşlıq mövqeyinizi bəyan etmisiniz. Cəmiyyəti narahat edən məsələlərlə bağlı sizin dəyərli fikirləriniz çox böyük önəm daşıyır.

Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Siz 2003-cü ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordeni ilə təltif olunmusunuz. Bu gün – yubileyiniz olan gündə siz Azərbaycan dövlətinin yüksək ordeni olan “İstiqlal” ordeni ilə təltif edilirsiniz. Mən sizi ürəkdən təbrik etmək və bu ordeni sizə təqdim etmək istəyirəm.

***

Dövlət başçısı “İstiqlal” ordenini Oqtay Mirqasımova təqdim edib.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Oqtay Mirqasımov: Siz həm gözəl sərkərdə, gözəl siyasətçi, sözündən dönməyən kişisiniz. Bu keyfiyyətlər bizim üçün önəmlidir. Biz uşaqlıqdan belə böyümüşük – həmişə əsgər, qəhrəman bizim üçün kumir olub. Allah razı olsun. Siz böyük Heydər Əliyevin – atanızın oğlusunuz. Bu, çox böyük bir işdir və adama nə qədər ruh verir. Bunu hər kəs bilir.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram.

Qeyd edək ki, bu gün O.Mirqasımovun 80 yaşı tamam olur.



MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112428