Prezident Şahin Mustafayevlə bağlı sərəncam imzaladıbackend

Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Şahin Abdulla oğlu Mustafayev “Şöhrət” ordeni ilə təltif edilib.

Busaat.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, sabah Şahin Mustafayevin 55 yaşı tamam olur. 2019-cu ildən Baş nazirin müavini olan Şahin Mustafayev əvvəllər İqtisadi İnkişaf naziri (2008-2013), İqtisadiyyat və Sənaye naziri (2013-2016) və İqtisadiyyat naziri (2016-2019) vəzifələrini tutub.