Prezidentdən səfərbərliklə bağlı SƏRƏNCAM

Prezidentdən səfərbərliklə bağlı SƏRƏNCAMbackend
Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Busaat.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3,866 milyon (üç milyon səkkiz yüz altmış altı min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90