Prezidentin 21 yaşlı qızına VƏZİFƏ VERİLDİ

Prezidentin 21 yaşlı qızına VƏZİFƏ VERİLDİbackend

Çeçenistanın rəhbəri Ramzan Kadırovun qızı Ayşad Kadırova ölkənin Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Busaat.az xəbər verir ki, bununla bağlı Ramzan Kadırov öz “Telegram” kanalından açıqlama verib.

“Bilirəm ki, o, çeçen dəyərlərini canlandırmaq yolunun bariz tərəfdarıdır və yeni vəzifəsinə böyük ciddilik və məsuliyyətlə yanaşacaqdır. Əminəm ki, Ayşad qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələcək. Bu yolda ona uğurlar arzulayıram”, – deyə R.Kadırov yazıb.

Kadırov onun Çeçenistan Dövlət Filarmoniyasının inkişafındakı xüsusi xidmətlərini də vurğulayıb.

Qeyd edək ki, Ayşad Kadırovanın 21 yaşı var. O, Çeçenistan Dövlət Universitetində İqtisadiyyat təhsili alıb. Bundan əlavə, xanım Kadırova Qurani-Kərim hafizidir. / “Unikal”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90