Prezidentin doğum günü ilə bağlı ağac əkilib – Fotolar

image-ekobackend

Prezident İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar Bakı şəhəri Xocahəsən gölü ətrafında genişmiqyaslı ağacəkmə tədbiri keçirilib.

Busaat.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin rəsmilərinin, tanınmış simaların, idmançıların və media nümayəndələrinin iştirakı ilə keçirilən ağacəkmə zamanı 500-dən artıq şam və zeytun ağacları əkilib.

Ağacəkmədə iştirak edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, kampaniya həm mənəvi, həm də bütün medianın, dövlət qurumlarının birgə həmrəyliyinin təcəssümüdür.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün Xocahəsən gölü ətrafında 75 hektara yaxın ərazidə Abşeron yarımadasının iqliminə uyğun ağaclar əkildiyini bildirib. Əvvəllər bu ərazilər çöllük yer olsa da, bir neçə ildir ki, genişmiqyaslı ağacəkmə tədbirləri nəticəsində ərazidə yaşıl zolaq salınıb.

Bu gün daha bir ağacəkmə aksiyası Müşfiqabad qəsəbəsində təşkil olunub və 300-ə yaxın QHT nümayəndəsinin iştirakı ilə 1000-dən artıq ağac əkilib. Tədbir iştirakçıları bununla da ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına töhfə verdiklərini qeyd ediblər.

 






  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki