Prezidentin “general-mayor” rütbəsi verdiyi Münasib Babayev kimdir? – DOSYE

image-1640606133_1640605485_14569195685736231287_1000x669-1backend
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Münasib Balaca oğlu Babayevə “general-mayor” ali hərbi rütbəsi verilməsi barədə sərəncam imzalayıb.
Busaat.az  xəbər verir ki, Münasib Babayev Müdafiə Nazirliyi 2-ci Ordu Birləşməsinin Qərargah rəisi vəzifəsində qulluq edir. O, daha əvvəl Müdafiə Nazirliyində idarə rəisi olub.

 

 

Münasib Babayev Vətən Müharibəsinin iştirakçısı olub. O, indiyədək “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki