Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 614 $▲2.35%
  • Ethereum1 836 $▲3.82%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirildi

image-1702038816_msk-2-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.

Busaat.az xəbər verir ki, MSK sədrinin müavini Rövzət Qasımovun sözlərinə görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq namizədlər üçün saat 22:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) debat təşkil olunacaq, həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq.

İctimai Radioda debatlar saat 19:00-da başlayacaq.

Püşkatmanın nəticəsinə əsasən, İctimai Televiziya və Radioda namizədlər aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

1 – öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,

2- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

3 – Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

4 – Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

5 – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

6 – Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

7 – Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.APA

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132720