Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 688 $▼3.72%
  • Ethereum1 843 $▼4.36%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Priqojin yenidən rus ordusuna qarşı sərt açıqlamalar verib - “utanc verici”...

image-prigojin2-reuters-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyada “arzuolunmaz şəxs”ə çevrilən “Vaqner”in lideri Priqojin sığındığı Belarusda əsgərlərini qarşılayarkən rus ordusuna qarşı sərt açıqlamalar verib.

Busaat.az  xəbər verir ki, ötən ay qısa müddətli üsyanı ilə bütün dünyanın diqqətini çəkən Rusiyanın muzdlu ordusu “Vaqner”in lideri Yevgeni Priqojinin yeni videosu yayılıb.

Yeni yayımlanan videoda Priqojin Belarusa gələn Vaqner döyüşçülərini salamlayır.

O, videoda cəbhədəki döyüşü “utanc verici” adlandıraraq, daha Ukraynadakı müharibəyə cəlb olunmayacaqlarını bildirib.

“Belarus torpağına xoş gəlmisiniz, biz şərəflə döyüşdük. Siz Rusiya üçün çox şey etdiniz. Cəbhədə baş verənlər biabırçılıqdır və biz artıq buna qarışmırıq”, – Priqojin deyib

Daha sonra Priqojin əsgərlərə yerli əhali ilə yaxşı davranmağı və Belarus ordusuna təlim keçmək barədə tapşırıq verib.

“Ola bilsin ki, nə vaxtsa biz Ukraynadakı xüsusi hərbi əməliyyata qayıdaq, ancaq o zaman ki, biz utanc verici olmayacağımıza əminik”, – “Vaqner” lideri qeyd edib.

Qeyd edək ki, uzun müddətdir Ukraynada döyüşən rus ordusunu tənqid edən Priqojin, “Vaqner”in Rusiyadakı bəzi hərbi obyektləri ələ keçirərək qoşunlarını geri çəkdiyi qiyamdan sonra Belarusun vasitəçiliyi ilə edilən razılaşmanı qəbul etmişdi.

Busaat.az

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115615