
Priqojinin təyyarəsi 4-cü dəfə Belarusa gəlib
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi 4-cü dəfə Belarusa gəlib.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, saat 11 radələrində Priqojinin Embraer Legacy 600 biznes təyyarəsi Belarusun Maçulişçi hərbi hava limanına eniş edib.
Təyyarənin Sankt-Peterburqdan gəldiyi bildirilir.
Qeyd edilir ki, bu reys artıq son günlərdə dördüncü belə reysdir.
Qeyd edək ki, Yevgeni Priqojin hərbi qiyamdan sonra Belarusa tez-tez səfər etməyə başlayıb.
Busaat.az























