PSJ Fransa Superkubokunun sahibi oldu

PSJ Fransa Superkubokunun sahibi oldubackend

Fransa Superkubokunun sahibi müəyyənləşib.

Busaat.az xəbər verir ki, həlledici matçda PSJ və “Marsel” komandaları qarşılaşıb. Lensdəki “Feliks Bolar” stadionunda keçirilən oyunda Paris təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

PSJ – “Marsel” – 2:1
Qollar: İkardi, 39, Neymar, 85-pen – Payet, 89

Beləliklə, Superkubokun sahibi Maurisio Poçettinonun baş məşqçisi olduğu komanda olub. Bu argentinalı mütəxəssisin məşqçilik karyerasındakı ilk kubokudur.

Qeyd edək ki, PSJ ardıcıl 8-ci dəfə Superkuboku qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki