PSJ Tuhelə 7 milyon avro təzminat ödəyəcəkbackend

PSJ istefaya göndərdiyi deyilən Tomas Tuhelə təzminat ödəyəcək.

Busaat.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu Tuhelə və məşqçilər heyətinə 7 milyon avro ödəməli olacaq.

Buna səbəb klubun müqavilənin bitməsindən əvvəl alman mütəxəssisi istefaya göndərməsidir.

Qeyd edək ki, 2018-ci ildən PSJ-ni çalışdıran Tuhelin paytaxt təmsilçisi ilə müqaviləsi bu mövsümün sonunadək nəzərdə tutulmuşdu.