Putin ABŞ-a “işğalçı” dedi: “Almaniya ərazisində hələ də ABŞ-ın işğalçı qoşunları var”

image-putin-reuters-1backend

ABŞ İkinci Dünya Müharibəsindən sonra Almaniyanın işğalına qanuni olaraq son qoymayıb və hələ də Almaniya ərazisində ABŞ-ın işğalçı qoşunları var.

Busaat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin tələbələrlə görüşündə deyib.

“Avstriyaya gəlincə, məsələn, Sovet qoşunları Avstriyada idi, lakin onlar ordan könüllü olaraq çıxdılar. Rusiya isə Sovet İttifaqının varisi kimi, Avstriya Respublikasının konstitusiyasının təminatçısı və qarantı kimi çıxış etdi. Avstriyanın çox sayda sadə vətəndaşı bunu bilir və bu mövqeyə görə Rusiyaya minnətdardır”, – Putinbildirib.

“Deyək ki, Avropanın ən böyük ölkəsi, iqtisadi nəhəngi Almaniya Federativ Respublikasının işğalına son qoymasını Sovet İttifaqı qanuni olaraq rəsmiləşdirdi. İkinci Dünya Müharibəsindən sonra Almaniya, bildiyiniz kimi, dörd sektora bölündü: ABŞ, ingilis, fransız və Sovet. Beləliklə, Sovet İttifaqı bu işğal statusunun dayandırılmasını rəsmiləşdirdi, amma ABŞ bunu etmədi. Dəqiq desək, rəsmi və qanuni olaraq Federativ Respublikasın ərazisində ABŞ işğalçı qoşunları hələ də var. Fakt budur ki, onlar çoxdur”, – deyə rus lider əlavə edib.

Putin qeyd edib ki, alman siyasətçiləri özləri ölkənin suverenliyinin olmamasından danışırlar: “Alman siyasətçiləri özləri deyirlər ki, İkinci Dünya Müharibəsindən sonra Almaniya heç vaxt sözün tam mənasında suveren dövlət olmayıb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90