
Putin Aİİ ölkələrinin liderləri ilə görüşlər keçirəcək
Rusiya prezidenti Vladimir Putin çərşənbə və cümə axşamı Aİİ üzv ölkələrinin və sammitə dəvət olunmuş dövlətlərin liderləri ilə bir sıra ayrı-ayrılıqda görüşlər keçirəcək.
Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
“Vladimir Putin mayın 24-25-də Moskvada Avrasiya İqtisadi İttifaqının sammitinin tədbirlərində iştirak edəcək”, – məlumatda qeyd edilir.
Bildirilir ki, Rusiya prezidenti mayın 24-də “Çoxqütblü dünyada Avrasiya inteqrasiyası” mövzusunda keçirilən ikinci Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxış edəcək.
Qeyd edək ki, ötən il forum Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub.
Busaat.az























