Putin Akkuyu AES-ə yanacağın çatdırılmasında mərasimində videobağlantı vasitəsilə iştirak edəcək – Ərdoğan

image-1389733backend

Aprelin 27-də Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasına (AES) nüvə yanacağının çatdırılması mərasimində Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə iştirak edəcək.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT televiziyasına bildirib.

“Akkuyu AES-ə nüvə yanacağının çatdırılması mərasimi aprelin 27-də baş tutacaq. Yanacaq çatdırıldıqdan sonra stansiya nüvə obyekti statusunu alacaq. Mərasimdə Rusiya prezidenti Vladimir Putin də videobağlantı vasitəsilə iştirak edəcək”, –  Ərdoğan deyib.

O, daha sonra bildirib ki, dörd reaktorun hamısı işə salındıqdan sonra AES ölkənin elektrik enerjisinə olan ümumi tələbatının onda birini qarşılayacaq.

“Başlamaq üçün biz birinci reaktoru işə salacağıq. Sonra digər reaktorlar bir-bir, müəyyən müddət ərzində işə salınacaq”, – prezident bildirib.

Türkiyədə  daha bir AES-in tikintisi ehtimalını şərh edən Ərdoğan Çin və Cənubi Koreya ilə danışıqlar aparıldığını açıqlayıb.

Qeyd edək ki, Akkuyu AES Türkiyədə tikilən ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya və Türkiyə arasında 2010-cu ildə imzalanmış hökumətlərarası sazişə uyğun olaraq həyata keçirilir. Elektrik stansiyasına Rusiya istehsalı olan dörd VVER nəsil 3+ reaktoru daxil olacaq. Hər bir reaktorun gücü 1200 MVt-dır.

Obyekt Rusiyada təlim keçmiş və ya təhsilini davam etdirən çoxlu sayda yerli mütəxəssislər tərəfindən idarə olunacaq.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki