
Putin Avropa ilə “Korrupsiyaya Qarşı Cinayət Sazişi”nə xitam verilməsini tələb edib
Rusiya prezidenti Vladimir Putin Avropa Şurasına üzv dövlətlərlə imzalanmış “Korrupsiyaya qarşı Cinayət Hüququ Sazişi”nin ləğvi ilə bağlı qanun layihəsini Rusiya parlamentinə təqdim edib.
Busaat.az xəbər verir ki, Putinin Rusiya Parlamentinin aşağı palatası Dumaya təqdim etdiyi qanun layihəsində Rusiya Federasiyası adından hazırlanan və 27 yanvar 1999-cu ildə Strasburqda imzalanan “Korrupsiyaya Qarşı Cinayət Hüququ Sazişi”nin ləğv edilməsi istənilib.
Qanun layihəsinin əsaslandırmasında qeyd olunub ki, sözügedən layihə Avropa Şurasının Rusiyanın Korrupsiyaya Qarşı Dövlətlər Qrupuna (GRECO) üzvlüyünü ləğv etdiyi üçün hazırlanıb və belə şərtlər Rusiya üçün qəbuledilməzdir.
Busaat.az























