Putin Azərbaycana yeni səfir təyin etdi

image-putin-reu-1912474_2backend

Rusiya Azərbaycana yeni səfir təyin edib.

Busaat.az TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Mixail Yevdokimov bu vəzifəyə təyin olunub.

O bu vəzifədə Mixail Boçarnikovu əvəz edəcək.

Diplomat bu təyinata qədər Rusiya XİN-in MDB ölkələri üzrə Birinci departamentinin direktoru vəzifəsini icra edib. Yeni səfir uzun illər ərzində Rusiya XİN-də çalışıb. İngilis və fransız dillərini bilir.

64 yaşlı Yevdokimov evlidir, bir oğlu var.
Qeyd edək ki, Yevdokimov 2019-cu ilin sentyabrından 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik statusuna sahibdir.

Xatırladaq ki, M.Boçarnikov 2018-ci ildə Rusiyanın Azərbaycandakı səfiri təyin edilmişdi.Qafqazinfo

image-yevdokimov

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki