Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 323 $▼1.32%
  • Ethereum1 903 $▼1.25%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

"Putin Berluskoniyə 20 şüşə spirtli içki hədiyyə edib" - La Presse

image-63487191_605
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Rusiya prezidenti Vladimir Putin münasibətləri yenidən bərpa etdikdən sonra ad günü münasibətilə İtaliyanın sabiq Baş naziri Silvio Berluskoniyə 20 şüşə spirtli içki hədiyyə edib.

Busaat.az xəbər verir ki, bu barədə La Presse agentliyi tərəfindən yayımlanan səs yazısı ortaya çıxıb.

Yayılan səs yazısında Berluskoninin Putinin jestinə cavab olaraq ona Lambrusko şərabı göndərdiyi qeyd edilib:

“Rusiya nazirləri bir neçə dəfə deyiblər ki, biz onlarla müharibə vəziyyətindəyik, çünki biz Ukraynaya silah və maliyyə yardımı edirik. Şəxsən mən öz fikrimi deyə bilmərəm, çünki mətbuata deyilsə, fəlakətlə nəticələnəcək. Amma çox narahatam. Prezident Putinlə münasibətləri bir az bərpa etdim. Mən onu sülhsevər və düşüncəli bir insan kimi tanıyırdım. Putini Rusiya əhalisi, onun partiyası və nazirləri bu xüsusi əməliyyatı icra etməyə sövq edib. Qoşunlar daxil olmalı, bir həftə ərzində Kiyevə çatmalı, Zelenski hökumətini layiqli adamlarla əvəz etməli və sonra geri çəkilməli idi. Bunun əvəzinə onlar qərbdən gələn hər cür dəstəklə təmin edilmiş müqavimət gördülər” –deyə, İtaliyanın sabiq Baş naziri Berluksoni bildirib.

Qeyd edək ki, Forza İtaliya onun şərhlərini təkzib etsə də, La Presse xəbər agentliyi tərəfindən yayımlanan səs yazısı iddianın əksini ortaya çıxarıb.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88037