
Putin Braziliya prezidentini Sankt-Peterburq İqtisadi Forumuna dəvət edib
Rusiya prezidenti Vladimir Putin braziliyalı həmkarı Luiz İnasiu Lula da Silvanı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət edib.
Busaat.az xəbər verir ki, bu barədə Braziliyanın xarici işlər naziri Mauro Vieyra bildirib.
Onun sözlərinə görə, dəvəti Lula da Silvaya Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident iqamətgahında təkbətək görüş zamanı çatdırıb.
“Prezident nazir Lavrovun təklifini nəzakətlə qəbul etdi. Lavrov Lulanı Sankt-Peterburqdakı Beynəlxalq İqtisadi Foruma dəvət edən məktubu təqdim etdi”, – Vieira deyib.
Qeyd edək ki, bazar ertəsi Rusiya və Braziliyanın xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətləri Braziliyada danışıqlar aparıb. Daha sonra Lavrov Lula da Silvanı prezidentin rəsmi iqamətgahında – Alvorada sarayında ziyarət edib.
Busaat.az























