Rusiya və Çin Prezidentləri Vladimir Putinlə Si Cinpin arasında videokonfrans formatında danışıqlar keçirilib.
Busaat.az “TASS”a istinadən xəbər verir ki, liderlərin görüşü Bakı vaxtı ilə 12:07-də başlayıb və bir saatdan çox davam edib.
Tərəflər görüş zamanı iki ölkə arasındakı münasibətlər, hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparıblar.