
Putin Ərdoğana başsağlığı mesajı verib
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Bartında mədən ocağında baş verən partlayışda həyatını itirənlərlə bağlı başsağlığı mesajı göndərib.
Busaat.az xəbər verir ki, Kremldən verilən yazılı açıqlamaya görə Putin Ərdoğana teleqram göndərib.
“Bartındakı mədəndə baş vermiş qəzanın faciəvi nəticələri ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. Ölən mədənçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı, yaralananlara isə tezliklə şəfa diləmənizi xahiş edirəm” –deyə, mesajda qeyd olunub.
Busaat.az























