Putin hərbi səfərbərliklə bağlı sərəncam imzalayıb

image-putin-reu-1916646-2backend

 Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik haqqında sərəncam imzalayıb.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya liderixalqa müraciəti zamanı bildirib.

“Bizim vətəni, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq, insanlarımızın və işğaldan azad edilmiş ərazilərdəki insanların təhlükəsizliyi təmin etmək üçün mənə ünvanlanmış təklifi dəstəkləməyi zəruri hesab edirəm.”, -deyə Rusiya lider söyləyib.

Qeyd edək ki, səfərbərliklə bağlı Rusiya Müdafiə Nazirliyi və Baş Qərargahı təkliflə çıxış edib və Putin bu təklifləri dəstəkləyərək sərəncam imzalayıb. Sərəncama əsasən, hazırda ehtiyatda olan və orduda xidmət etmiş xüsusi hərbi ixtisaslara malik olan vətəndaşlar hərbi xidmətə çağırılacaq. Səfərbər ediləcək vətəndaşlara əlavə təlimatlar keçiriləcək.

Sərəncam müdafiə təchizatı planının yerinə yetirilməsi ilə bağlı əlavə tədbirləri də nəzərdə tutur. Belə ki, Müdafiə müəssisələrinin rəhbərləri silah və hərbi texnika istehsalının artırılması və əlavə istehsal güclərinin işə salınması vəzifələrinin həllinə birbaşa cavabdeh olacaq.

Putin hərbi komissarlığa da məlumat verib. Qeyd edilib ki, hökumət dərhal müdafiə müəssisələrini lazımi təchizat və maliyyə resursları ilə təmin etməlidir. Rusiyada səfərbərlik haqqında qanun Sentyabrın 21-i tarixindən qüvvəyə minib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90