Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 614 $▲2.35%
  • Ethereum1 836 $▲3.82%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Putin imzaladı: Rusiyadan bu ölkələrə neft satışı qadağan edildi

image-1666198921_putin-emr
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla Rusiya neftinə maksimum qiymət tətbiqində iştirak edən ölkələrə neft və neft məhsullarının satışı qadağan edilib.

Busaat.az xəbər verir ki, Putinin imzaladığı fərman Qərb ölkələrinə qarşı əks-sanksiya qərarı kimi qiymətləndirilə bilər.

Neft və neft məhsullarının maksimum qiymət tətbiqində iştirak edən şəxslərə və şirkətlərə satışını qadağan edən fərmana əsasən, Rusiyadan neft alıcıları müqavilədə maksimum qiymət və ya alternativ qiymət mexanizmindən istifadə etsələr, onlara daşınma həyata keçirilməyəcək.

Neft nəqlinə qoyulan qadağanın 2023-cü il fevralın 1-dən qüvvəyə minəcəyi bildirilən fərmanda Rusiya neftinə maksimum qiymət tətbiq edənlərə neft daşımalarının ancaq Putinin xüsusi icazəsi ilə həyata keçirilə biləcəyi vurğulanıb.

Fərmana əsasən, neft məhsullarının daşınmasına qoyulan qadağa Rusiya hökumətinin müəyyən edəcəyi tarixdən qüvvəyə minəcək.

Qeyd edək ki, dekabrın 2-də Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir bareli üçün maksimal qiymətin 60 dollar olması barədə razılığa gəliblər.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak dekabrın 23-də verdiyi açıqlamada, tavan qiymət tətbiqinə qatılanlara neft və neft məhsullarını satmayacaqlarını, lazım gələrsə, neft hasilatını 5-7 faiz azalda biləcəklərini söyləyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95523