Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 513 $▼1.41%
  • Ethereum1 756 $▼1.01%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Putin məni raket hücumu ilə təhdid etdi” - Conson

image-putin-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata başlamazdan öncə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı onun tərəfindən raket hücumu ilə hədələndiyini açıqlayıb.

Busaat.az  xəbər verir ki, bu fikirlər Putinin dünya liderləri ilə təmaslarını araşdıran BBC-nin sənədli filmində yer alıb.

Conson Putinə xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə Qərbin sanksiyalarına və Rusiya sərhədlərində daha çox NATO əsgərinin yerləşdirilməsinə səbəb olacaq. O, həmçinin V.Putinə Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağını söyləməklə onu hərbi əməliyyatlardan çəkindirməyə çalışıb.

B.Consonun sözlərinə görə, Putin Böyük Britaniyanın çağırışına mənfi cavab verib: “O məni hədələyərək və şən bir şəkildə dedi: “Boris, səni incitmək istəmirəm, ancaq bu, bir raketlə bir dəqiqə çəkəcək””.

Sənədli filmdə qeyd edilir ki, fevralın 11-i Böyük Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Moskvaya səfər edib.

O, Rusiyanın Ukraynanı işğal etməyəcəyinə dair zəmanətlə ayrılıb, lakin iki həftə keçməmiş, fevralın 24-ü tanklar sərhədi keçərkən Consona gecəyarısı Ukrayna Prezidenti Vladimir Zelenskidən zəng gəlib.

Conson həmin anları xatırlayaraq bildirib ki, Zelenski çox sakit idi: “Ancaq o mənə Rusiyanın hər yerdən hücuma keçdiyini dedi”.

B.Conson Ukrayna liderinin təhlükəsiz yerə təxliyəsinə kömək təklif etdiyini vurğulayıb: “O bu təklifi qəbul etməyərək qəhrəmanlıq göstərdi”.

 

Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98765