
Putin Rusiya-Afrika sammitində iştirak edəcək - Kreml
Rusiya prezidenti Vladimir Putin bu ayın sonunda Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika forumunda iştirak edəcək.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov, müvafiq sualı cavablandırarkən deyib: “Bəli, əlbəttə ki, hazırda foruma fəal hazırlıq işləri gedir”.
“Biz kifayət qədər sıx gündəliyə və onun kənarında çoxsaylı tədbirlərə malik yüksək səviyyədə təmsil olunan sammit gözləyirik”, – Peskov deyib.
Qeyd edək ki, İkinci Rusiya-Afrika Sammiti və İqtisadi Forumu iyulun 27-28-də Sankt-Peterburqda keçiriləcək.
Busaat.az























