
Putin Rusiya Təhlükəsizlik Şurası ilə kritik obyektlərin mühafizəsini müzakirə edib
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə mühüm əhəmiyyət kəsb edən obyektlərin mühafizəsini müzakirə edib.
Bu barədə Busaat.az TASS-a istinadən xəbər verir.
“Bugünkü gündəliyimizdə bir neçə məsələ var. Birincisi kritik əhəmiyyətli obyektlərin mühafizəsi ilə bağlı əlavə tədbirlərdir”, – Putin deyib.
Bağlı qapılar arxasında keçirilən görüşdə Rusiya parlamentinin hər iki palatasının spikeri Valentina Matviyenko və Vyaçeslav Volodin, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və daxili işlər naziri iştirak ediblər.
Bundan başqa, Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Rusiya prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat məsələləri üzrə nümayəndəsi Sergey İvanov da iclasda iştirak ediblər.
Busaat.az























