
Putin rusların xaricə axınını azaltmaq üçün tədbirlər görməyə göstəriş verib
Rusiyanın dövlət miqrasiya siyasətinin konsepsiyası rusların xaricə axınının azaldılması tədbirləri haqqında bənd ilə tamamlanır.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
“2022-ci ildə dəyişmiş sosial-iqtisadi şəraitin təsiri altında Rusiya Federasiyası əhalisinin xaricə miqrasiya axını artıb. Bununla əlaqədar olaraq, insan kapitalının qorunması üçün cəlbedici maliyyə, sosial və digər mexanizmlərin yaradılması üçün əlavə tədbirlər tələb olunur”, – sənədin bəndlərindən birində deyilir.
Ukraynanın işğalı üçün başlayan əməliyyatlar zamanı daimi yaşayış yerlərini tərk etmiş qondarma “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətləri sakinlərinin xaricdən qayıtması üçün şərait yaradılması nəzərdə tutulur.
Məlumata görə, mövcud vəziyyət nəzərə alınmaqla miqrasiya siyasətinin formalaşdırılması və həyata keçirilməsi şərtləri uyğunlaşdırılıb.
Busaat.az























