Putin Təhlükəsizlik Şurasını üçtərəfli Moskva görüşü barədə məlumatlandırdı

Putin Təhlükəsizlik Şurasını üçtərəfli Moskva görüşü barədə məlumatlandırdıbackend

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqların nəticələrini müzakirə etməyi təklif edib.

Busaat.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

“Sizə Azərbaycan və Ermənistandan olan həmkarlarımla görüşün nəticələri barədə məlumat vermək və bu mövzuda bir az danışmaq istəyirəm”,- deyə Putin qeyd edib

Bundan əlavə Putin xarici işlər naziri Sergey Lavrovun görüşlə əlaqədar əlavə məlumat verəcəyini bildirib.

İclasda həmçinin Rusiya Federasiyasının daxili və xarici siyasətinin aktual məsələləri də müzakirə olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90