
Putin: "Ukraynanın əks-hücumları uğursuz oldu"
Busaat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın əks-hücumunun uğursuz olduğunu bildirib. O, cəbhə bölgəsində bu tendensiyanın davam edəcəyini gözləyir.
“Əks-hücum əməliyyatının (Ukrayna qoşunlarının) dayandırılmasına gəlincə, bu, dayanma deyil, uğursuzluqdur. İstənilən halda, bugünkü vəziyyət belədir. Bundan sonra nə olacağını görəcəyik. Ümidvaram ki, bu, belə davam edəcək”, – Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
O, vurğulayıb ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukraynanın əks-hücum əməliyyatı uğur qazanmayıb, təkcə son bir həftə ərzində ordunun itkiləri 5600 nəfəri keçib.
Nazirlik həmçinin qeyd edib ki, Ukrayna ordusu iyunun 4-dən bəri uğursuz hücum cəhdləri edir. Kiyev son iki ayda 43 mindən çox əsgər və 5 minə yaxın müxtəlif hərbi texnika, o cümlədən 26 təyyarə və 25 Leopard tankı itirib.























