
Putin və Ərdoğan Kaxovka SES ətrafındakı vəziyyəti müzakirə ediblər
Türkiyə və Rusiya prezidentləri Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan Kaxovskaya SES ətrafında vəziyyətin hərtərəfli araşdırılmasının vacibliyini qeyd edib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb.
“Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. Ərdoğan Kaxovka bəndində baş verən insidentlə bağlı hərtərəfli araşdırmanın aparılmasının vacibliyini bildirib. O, bununla bağlı komissiya yaradıla biləcəyini bildirib.
Vladimir Putin Ərdoğana bildirib ki, Kiyev Qərbin dəstəyi ilə terror üsullarından istifadə edir, Rusiyada təxribat təşkil edir.
Xatırladaq ki, Kaxovskaya Su Elektrik Stansiyasının yuxarı hissəsi dağılıb. Suyun nizamsız axıdılması var.
Son məlumatlara görə, 600-ə yaxın evi su basıb. SES ərazisində suyun maksimal qalxma səviyyəsi 12,5 metrə çata bilər.
Busaat.az























