
Putin və Əsəd Suriya-Türkiyə münasibətlərini müzakirə edəcək – Kreml
Vladimir Putin və Bəşər Əsəd Moskvada danışıqlarda Dəməşq-Ankara münasibətlərini müzakirə edəcək.
Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Əsədin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş ehtimalını dəyərləndirən sözçü deyib: “Şübhəsiz ki, bu gün Suriya-Türkiyə münasibətləri mövzusuna toxunulacaq”.
“Prezidentlər ilk növbədə ikitərəfli Rusiya-Suriya münasibətlərini, daha sonra ölkənin mütləq suverenliyi və ərazi bütövlüyünü vurğulamaqla Suriya nizamlanması üzrə əməkdaşlığı müzakirə edəcəklər”, – Peskov deyib.
Busaat.az























