
Putin və Paşinyan arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan arasınada telefon danışığı olub
Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Laçın dəhlizində hazırkı eskalasiya kontekstində bütün planlara ciddi əməl olunmasının vacibliyi vurğulanıb. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında fundamental razılaşmaların əldə olunduğu qeyd edilib”, – məlumatda deyilir.
Liderlər müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Azərbaycan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaradıb. Ermənistan Xarici İşlər Nazirliyi bunu 2020-ci il üçün üçtərəfli bəyanatın kobud şəkildə pozulması kimi qiymətləndirib.
Busaat.az























