
Putin və Zelenski arasında vasitəçilik etməyə hazıram - Braziliya prezidenti
Braziliya prezidenti lazım gələrsə, Vladimir Putin və Vladimir Zelenski arasındakı danışıqlarda vasitəçilik etməyə hazır olduğunu bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Luiz İnasio Lula da Silva Almaniya kansleri Olaf Scholz ilə birgə mətbuat konfransında bildirib.
Putin və Zelenski ilə danışıqlar aparmaq zərurəti yaranarsa, sülh yolu ilə nizamlanma səylərini müzakirə etməyə hazıram, problem yoxdur.
Siyasətçi həmçinin Ukraynada sülhü müzakirə etmək üçün G20-yə bənzər geniş beynəlxalq danışıqlar formatının yaradılmasını təklif edib. Braziliya lideri bunu Şolz və Emmanuel Makronla artıq müzakirə etdiyini və fevralda ABŞ prezidenti Co Baydenlə, martda isə Çin lideri Xi Jinping ilə danışıqlarda məsələ qaldırmaq niyyətində olduğunu bildirib.
Busaat.az























