Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft91.85 $▼0.14%
  • WTI neft85.73 $▼0.10%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.260 $▼0.82%
  • Qızıl3 977 $▼0.14%
  • Gümüş51.28 $▼0.25%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda602.00 ¢▲0.46%
  • Bitcoin73 485 $▼0.60%
  • Ethereum2 042 $▼0.58%
  • S&P 5007 619▲1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

Putin xüsusi əməliyyatı nə vaxt dayandıracaq? - Ukrayna generalı

image-thumb600x0-6
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatı davam etdirmək niyyətindədir. Onun planlarına hərbi potensialın gücləndirilməsi, yeni səfərbərlik dalğası, Luqansk və Donetsk vilayətlərinin, eləcə də Ukraynanın cənubunun tam ələ keçirilməsi daxildir.

Bu fikri 2005-2010-cu illərdə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olmuş, ordu generalı Mikola Malomuj bildirib.

Onun sözlərinə görə, Moskva faktiki olaraq Kiyevə ultimatum verib ki, ya Zelenski Putinin şərtləri ilə danışıqlara razılıq verir, ya da Rusiya Federasiyası əsas sahələrdə genişmiqyaslı hücuma başlayır.

“Rusiya Federasiyası indi strateji hücum əməliyyatını davam etdirməyə çalışır, qarşıya qoyulan vəzifə nəhayət Luqansk vilayətini ələ keçirməkdir, bir neçə yaşayış məntəqəsi qalıb. Növbəti mərhələ Donetsk vilayəti, Seversk, Slavyansk, Baxmut, Kramatorsk şəhərləridir. Əsas səylər orada cəmləşib”, – general bildirib.

General qeyd edib ki, Rusiyada çox böyük kadr çatışmazlığı var: “Təsadüfi deyil ki, Rusiya Federasiyasının Dövlət Duması işğalçıların hərbi potensialını gücləndirmək üçün yeni qərarlar qəbul edib. Bu, iqtisadiyyatın hərbi relslərə keçməsi, bəlkə də səfərbərlik üçün səbəblər siyahısının genişləndirilməsindən ibarətdir”.

General vurğulayıb ki, Rusiya rəsmi Kiyevə təzyiq kimi, xüsusən də Ukrayna şəhərlərinə kütləvi raket zərbələri endirir: “Təkcə hücum əməliyyatlarının hərbi hazırlığı deyil, həm də Putinin bütün bölgələrə, o cümlədən Vinnitsa, Nikolayev, Xarkova hədələri və hücumları da buna yönəlib. İndi onlar Ukraynanın mərkəzi və qərb bölgələrinə hücum edəcəklər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=81556