
“Putin xüsusi hərbi əməliyyat dövründə xaricə getsə Türkiyəyə gələcək”
Ankara Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyinə ümid edir.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik məlumat verib.
“Hesab edirəm ki, Putin xüsusi hərbi əməliyyat dövründə xaricə getsə Türkiyəyə gələcək”, – Çelik “Habertürk”ə müsahibəsində bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər bir neçə dəfə Rusiya prezidenti Vladimir Putinin avqustda səfərini gözlədiyini qeyd edib. O, rusiyalı həmkarı ilə müxtəlif mövzuları, o cümlədən “taxıl müqaviləsi”ni müzakirə edəcəyini açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Putinin Türkiyəyə səfərinin tarixinin hələlik məlum olmadığını açıqlayıb.
Busaat.az























