
Putindən Ərdoğana TƏRİFLƏR
“5 il əvvəl qarşınıza böyük bir məqsəd qoymuşdunuz. Siz dediniz ki, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə bu məqsədə çata bilərsiniz. Dedim, bizə vaxt lazımdır, hər addımı ölçməliyik. Bunu etmək bizim üçün çətin olacaq. Amma biz sizin şəxsi səylərinizlə buna nail ola bildik. Uğurlarınız bol olsun”.
Busaat.az xəbər verir ki, bu fikirləri Akkuyu Enerji stansiyasının açılış mərasiminə videokonfrans vasitəsilə qoşulan Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında deyib.
Mərasimdə Ərdoğan qeyd edib: “Akkuyu Rusiya ilə ən böyük ortaq sərmayəmizdir. Elektrik stansiyasının bütün blokları 2028-ci ilə qədər mərhələli şəkildə istismara veriləcək. Ölkəmizin elektrik enerjisi istehlakının 10 faizini bu elektrik stansiyası təmin edəcək”.
Kahramanmaraş mərkəzli zəlzələlərdən 20 gün sonra, fevralın 26-da Ərdoğanın ad günü münasibətilə ona göndərdiyi mesajda Putin bildirib: “Dövlət məmuru və insan olaraq ən yaxşı keyfiyyətləriniz, cəsarətiniz, şüurlu və lazımlı qərarlar vermək bacarığınız Türkiyədə dağıdıcı zəlzələlərin faciəvi nəticələrini aradan qaldırır”.
Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov isə, Türkiyə mediasına açıqlamasında 14 may seçkiləri barədə fikirlərini bölüşüb. Konsul bunun daxili siyasət məsələsi olduğunu, daxili məsələlərə qarışmadıqlarını qeyd edib.
O, Rusiyanın digər dövlətlərin onlara qarşı münasibətinin “konstruktiv, neytral, qeyri-dost” kimi üç fərqli kateqoriyada qiymətləndirildiyini və Moskvanın buna uyğun mövqe tutduğunu bildirib. Buravov Türkiyəni “konstruktiv” dövlətlər sırasında göstərib.
Busaat.az























