Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 699 $▼3.70%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Putinə meydan oxuyan Priqojin haqqında heyrətamiz İDDİA: “Onun itirəcək heç nəsi yox idi”

image-prigojin2-reuters
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya administrasiyasına qarşı üsyan başlatmaqla dünyanı şoka salan “Vaqner” qrupunun lideri Yevgeni Priqojinlə bağlı diqqəti çəkən iddia ortaya atılıb.

Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, Vladimir Putin administrasiyasına qarşı qısamüddətli qiyamın əks-sədaları davam edir.

Ukrayna müharibəsində ön cəbhədə vuruşan “Vaqner”in lideri Yevgeni Priqojin iyunun 23-24-də Rusiya ərazisindəki bəzi hərbi obyektləri ələ keçirərək Kremlə meydan oxuyub. Rus ordusuna qarşı sərt açıqlamalar verən Priqojin qiyamdan sonra 24 saat ərzində Belarusun vasitəçiliyi ilə bağlanan razılaşmanı qəbul edərək döyüşçülərini geri çəkib.

Hadisə “Putin administrasiyası üçün ən böyük çağırış” kimi təsvir edilsə də, Rusiya daxilindəki çatları və hakimiyyət mübarizəsini də ortaya qoydu.

Priqojinlə bağlı bir anda dünya gündəminə çevrilən iddia yayılıb. Rusiya mətbuatında yer alan xəbərlərə görə, Priqojin bir müddətdir ki, mədə xərçəngindən müalicə alır və üsyan qərarının arxasında onun xəstəliyi dayana bilər.

Rusiyanın “Proekt” araşdırma saytı bildirir ki, illərdir intensiv xərçəng müalicəsi alan 62 yaşlı Priqojinin vəziyyəti son vaxtlar yaxşılaşsa da, “Vaqner” lideri çox ciddi pəhriz saxlayır.

Priqojin üsyandan sonra verdiyi açıqlamada məqsədinin Putini devirmək olmadığını, ancaq ədalət istədiyini bildirmişdi.

Qeyd edək ki, Kreml  Putinin qiyamdan bir neçə gün sonra Priqojin və “Vaqner” komandirləri ilə görüşdüyünü açıqlayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115022