
Putini tənqid etdiyinə görə 25 il həbs edildi
Rusiyada Putin və müharibə əleyhinə olan Vladimir Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum edilib.
Busaat.az xəbər verir ki, Rusiya məhkəməsi müharibə əleyhinə olması və Rusiya prezidenti Vladimir Putinə müxalifliyi ilə tanınan keçmiş jurnalist Vladimir Kara-Murzaya 25 il həbs cəzası verib.
Reuters-in xəbərinə görə, məhkəmə üç uşaq atası Kara-Murzanın digər ittihamlarla yanaşı vətənə xəyanət cinayətinə görə cəzalandırıldığını bildirib.
Kara-Murza isə həbs cəzasına məhkum edildikdən sonra məhkəmə zalında “Rusiya azad olacaq” şüarları səsləndirib.
Prokurorlar Rusiya-Ukrayna müharibəsini tənqid edən Kara-Murzanı dövlətə xəyanətdə və Rusiya ordusuna böhtan atmaqda ittiham ediblər.
Qeyd edək ki, 41 yaşlı Kara-Murza Rusiyanın Ukraynaya müdaxiləsindən sonra xarici hökumətlərdən Rusiya və ruslara qarşı sanksiyalar tətbiq etməyi xahiş etmişdi.
Busaat.az























