“Putinin dediyini etsəydik, Şuşa və Hadrut bizdə qalardı” – Ambarsumyanbackend

“18 oktyabrda Ermənistan Baş nazirinin iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi bəyan etdi ki, biz məğlub oluruq, dərhal müharibəni dayandırmaq lazımdır. Amma belə bir qərar qəbul edilmədi”.

Busaat.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etmiş Mlkail Ambarsumyan “5-ci kanal”-a müsahibəsində bildirib. O, özünün istefası ilə bağlı məqamları açıqlayıb. Ambarsumyan bildirib ki, Müdafiə Nazirliyi ilə birgə problemlər və itikilər barədə gündəlik məruzə ediblər:

“Anlamırdım ki, nə üçün müharibə dayanmır? Biz görürdük ki, atəşkəsi saxlamaq olmur. Bəs nəyə görə müharibəni dayandırıb danışıqlara başlamırlar? Bu mənə qaranlıq qalırdı. Hakimiyyətin hədəfinin nə olması mənə aydın olmurdu. Hara gedirik? Nəyə nail olmaq istəyirik? Bütün bunlar məndə qərarımı qətiləşdirdi”.

Ambarsumyanın sözlərinə görə, Baş Qərargah rəisi Onik Qasparyan TŞ-in iclasında tez bir halda müharibənin dayandırılmasının vacibliyini bildirib.

MTX-nin sabiq direktorunun sözlərinə görə, daha sonra məlum olub ki, Rusiya prezidenti Putin də müharibəni dayandırmaq təklifi ilə bağlı Paşinyana müraciət edib: “Putin nə etmək barədə konkret təkliflər vermişdi. Bu, mahiyyətinə görə, “Lavrov planının” həyata keçirilməsi idi. Rus sülhməramlıları Dağlıq Qarabağa girirdi. Biz isə əlavə ərazilər, o cümlədən Hadrutu və Şuşanı itirməzdik. Rusiyanın təklifi nə üçün müzakirə edilməyib? Deyə bilmərəm. Bu təkliflər nə Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı, nə də cəmiyyətə məlumat verildi. Mən bu barədə istefa verdiyim gün-7 noyabrda bildim”.

Ambarsumyanın sözlərinə görə, bu suala yalnız Paşinyan cavab verə bilər.

Sabiq MTX-nin direktoru bildirib ki, Rusiyanın müharibə zamanı yardımı mühüm rol oynayıb: “Əgər Rusiyanın köməyi olmasaydı nəticələr çox pis olardı. Mən vəziyyəti bilən adam kimi bunu deyirəm”.Azpolitika