
Putinin deputatı Nikolay Bortsov evində ölü tapıldı
Rusiya prezidenti Vladimir Putinin tərəfdarı olan deputat və “sərinləşdirici içki kralı” kimi tanınan Nikolay Bortsov bazar günü Lipetsk vilayətindəki evində ölü tapılıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Pepsi-də böyük paya sahib olan 77 yaşlı multimilyonçu Bortsov son bir ildə şübhəli şəkildə ölü tapılan 40-cı rus oliqarxıdır.
“Vahid Rusiya” partiyasının üzvü olan Bortsova Ukraynadakı müharibəni dəstəklədiyinə görə Britaniya tərəfindən sanksiya tətbiq edilmişdi.
Sızan məlumatlara görə, 2019-cu ildə “Böyük Britaniyada gizli yaşamaq hüququ əldə edən” Bortsovun ölüm səbəbi açıqlanmır.
Həmişə Britaniya vətəndaşlığına malik olduğunu inkar edən Bortsov Putinin ən varlı deputatlarından biri kimi tanınır və 450 milyon funt-sterlinq sərvətə malikdir.
Busaat.az























