
Putinin Federal Məclisə müraciətinə rusların münasibəti açıqlanıb
Rusiya vətəndaşlarının 80 faizindən çoxu Vladimir Putinin Federal Məclisə müraciətini müsbət qiymətləndirib.
Busaat.az xəbər verir ki, bu barədə məlumat Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) araşdırması zamanı açıqlanıb.
Nəticələrə əsasən, respondentlərin 81 faizi müsbət qiymət verib. Bundan əlavə rəyi soruşulanların 82 faizi Rusiya liderinin çıxışının maraqlı olduğunu vurğulayıb.
Səsvermədə iştirak edənlərin 74 faizi qaldırılan bütün məsələlərin əhəmiyyətli olduğunu düşünür. 78 faiz Putinin səmimi danışdığını, 88 faizi isə hər şeyin aydın və anlaşılan olduğunu qeyd edib.
Busaat.az























