Putinin keçmiş agenti kişiləri heyran etmək üsullarından danışdı – KQB-nin GİZLİNLƏRİ

image-aliyaa-e1670666799837backend

Seks işçisi kimi maskalanıb, beynəlxalq narkotik və insan alveri ilə məşğul olan dəstələrə qarşı mübarizə aparmaq üçün gizli psixoloji kəşfiyyat üsullarından istifadə edirdim.

Busaat.az xəbər verir ki, bunu keçmiş rus agenti Aliya Roza bildirib.

Aliya Roza Sovet kəşfiyyat xidməti olan KQB-də kişiləri şirnikləndirmək üçün istifadə edilən üsulları izah edib.

Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin ilk illərində Rusiya kəşfiyyatında casusluq edən Roza gizli psixoloji kəşfiyyat texnikaları ilə beynəlxalq narkotik və insan alveri ilə məşğul olan dəstələri necə məhv etdiyini Qərb mətbuatı ilə bölüşüb. İstifadə etdiyi üsullarla istədiyi kişiyə təsir göstərə biləcəyini müdafiə edən keçmiş agent Britaniyanın Daily Star qəzetinə verdiyi açıqlamada seks işçisi kimi gizlənib çeçen dəstələrinə sızaraq məlumat topladığını bildirib.

“Rus qanqsterləri keçmiş sovet ölkələrindən azyaşlı qızları gətirirdilər. Onları qaçırıb cinsi ticarət üçün Avropaya göndərirdilər. Dəhşətli idi” deyən keçmiş agent Rusiya kəşfiyyatının ona bu dəstəni məhv etməyi tapşırdığını qeyd edib.

Əsgərlik ənənəsi olan bir ailədə böyüyən, gənc yaşlarından casusluq karyerasına başlayan və silahdan istifadə etməyi öyrənən Roza deyib: “Dəstə başçılarını özümə aşiq etməli idim. Sovet psixoloqları Soyuq Müharibə dövründə kişi şüurunun necə işlədiyini öyrənmişdilər və bu üsullar qadın agentlərə belə öyrədilirdi”.

Keçmiş agent bildirib ki, ilk növbədə insanların mənəvi dünyası haqqında ətraflı məlumat əldə etmək lazımdır və beləcə insanları manipulyasiya etmək asanlaşır.

ABŞ-da məskunlaşan və KQB-dən öyrəndiyi üsullarla dərslər verən Roza, fiziki xüsusiyyətlərindən və sosial vəziyyətindən asılı olmayaraq kişilərə təsir üsullarının özəl və iş dünyasında istifadə oluna biləcəyini bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90