Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 728 $▼2.19%
  • Ethereum1 891 $▼1.91%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Putinin "nüvə çamadanı"nı daşıyan və onu daim müşayiət edənlərin adları açıqlandı - FOTO

image-1702031902_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Vladimir Putinin “nüvə çamadanı”nı daşıyan insanların adları açıqlanıb. Bunlar dənizçilər, birinci dərəcəli kapitan Dmitri Şumeyko (həmkarlarının kontaktlarında “Dima-knopka” kimi qeyd edilib) və Vladimir Poleşşukdur. 

Busaat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “Proekt” nəşrinin araşdırmasında deyilir.


1. Vladimir Poleşşuk, 2. Dmitri Şumeyko

Nəşr bu yaxınlara qədər Putini səfərlərdə müşayiət edən 13 mühafizəçinin adlarını da çəkib: Bunlar Sergey Moskalenko, Andrey Neronov, Aleksandr Kupriyanov, German Şirokov, Mixail Boqdanov, Andrey Annenkov, Nikita Belenki, Vladimir Timofeyev, Andrey Lastovetski, Maksim Stepanov, Yevgeni Qolovkov, Anton Mişenin və 2015-ci ildən Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksey Rubejnoydur.

Aleksey Rubejnoy, 50 yaşında, 2015-ci ildən Putinin təhlükəsizlik xidmətinin rəhbəri

Bundan başqa, nəşrin məlumatına görə, Putini səfərlərdə həkimlər də müşayiət edir: İqor Yesakov (LOR), Yevgeni Selivanov (onkoloq), Roman Rotankov (nevroloq)


1. İqor Esakov, LOR. 2. Dmitri Şumeyko (Dima-knopka), “nüvə çamadanı”nın qoruyucusu; 3. Yevgeni Selivanov, onkoloq; 4. Roman Rotankov, nevroloq

“Ölümdən sonrakı həyat” adlanan araşdırmada qeyd edilir ki, nəşrin hesablamalarına görə, Rusiya prezidenti 2022-ci il noyabrın 1-dən 2023-cü il oktyabrın 31-dək cəmi 147 gün ictimaiyyət qarşısına çıxıb. Qalan vaxtlarda iqamətgahından kənara çıxmayıb, yaxın məmur və siyasətçilər istisna olmaqla nə jurnalistlər, nə də digər şəxslər onun görüşlərinə dəvət olunmayıb.

“Proekt” qeyd edir ki, Putin ümumi görüşlərin 43%-də həmsöhbətləri ilə məsafə saxlamağa çalışıb. Jurnalistlər qeyd ediblər ki, bir çox tədbirlərdə hətta səhnədə prezidentin qarşısına sədd qoyularaq onu tamaşaçılardan ayırıb. Küçədə Putinin həmsöhbətləri ondan 10 metrdən çox məsafədə xüsusi çəkilmiş xəttin arxasında dayanmağa məcbur olurlar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130137