
Putinin Türkiyə səfəri gündəmdə deyil - Kreml
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi iddialarını təkzib edib və belə bir səfərin gündəmdə olmadığını açıqlayıb.
Busaat.az xəbər verir ki, Kremlin sözçüsü deyib:
“Putinin Türkiyəyə səfəri üçün heç bir hazırlıq görülmür”.
Qeyd edək ki, bundan əvvəl müxtəlif kütləvi informasiya vasitələri və teleqram kanallarında Putinin Türkiyəyə səfər edəcəyi barədə məlumatlar yayılıb.
Busaat.az























